Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilovun imzaladığı əmrlə Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli Komitənin "Fəxri Fərmanı"yla təltif edilib. Əlavə edək ki, Anar Yusif oğlu Hüseynli 1988-ci il may ayının 7-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Zirə qəsəbəsində 120 saylı orta məktəbin birinci sinfinə gedib. 2005-ci ildə həmin məktəbi bitirib, Milli Aviasiya Akademiyasının “Avianəqliyyat İstehsalatı” fakültəsinə qəbul olunub. 2010-cu ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib, Avianəqliyyat İstehsalatının təşkili üzrə mühəndis ixtisasına yiyələnib.2011-ci ildən “Silk Way” Aviaşirkəti MMC–nin “Ground Handling Company” filialı Avaiyük xidməti üzrə departamentin Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəziəsində çalışıb.
2014-cü il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib. 2017-ci il 02 oktyabr tarixindən, habelə növbəti seçkilərdə bələdiyyə üzvü seçilən A.Hüseynli və 2020-ci ilin yanvarından bələdiyyə sədri vəzifəsində çalışır.
YAP-ın üzvüdür. Ailəlidir. 3 övladı var.
Təbrik edirik!!!