"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə saatı”nda bələdiyyənin gələcəyi

--2018-08-03 / 09:27

Müstəqil dövlətimizin dəyərlərindən olan bələdiyyələrin  yaradılmasından zaman etibarı  ilə  çox müddət keçməsə də, demokratik özünüidarənin bu forması getdikcə möhkəmlənir, həyatımızın bütün sahələrinə təsir göstərir. Bu gün ictimai-siyasi həyatda, iqtisadi-sosial sahələrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini bələdiyyələrsiz təsəvvür etmək çətindir, ona görə ki, yerli özünüidarəetmə sisteminin formalaşdırılması Ulu   Öndər     Heydər Əliyevin xeyir-duası ilə gerçəkləşmişdir. 

Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək“Bələdiyyələrin yaradılması Azərbaycanda demokratiyanın inkişafına, vətəndaşların dövlətin idarə olunmasında iştirakına və yerli əhəmiyyətli məsələlərin onlar tərəfindən həllinə nail olmaqla, dövlətin yükünü müəyyən qədər yüngülləşdirməyə xidmət edir”.

İstər dövlət qurumları, istərsə də yerli özünüidarə qurumları olsun, məqsəd xalqa səmərəli xidmət  göstərməkdir.
Bugün bələdiyyə sisteminin daha da inkişafı üçün, bu sistemin qarşısına qoyulan məqsədinə çatması üçün bir sıra layihələrin gerçəkləşməsinə ehtiyac vardır. Bu sıraya bəzi təklifləri də aid etmək olar.

Bu gün televiziya kanallarının birində “Bələdiyyə saatı” verlişinin fəaliyyətə başlaması məqsədəuyğun olardı.  Bu təklif  bir çox bələdiyyə sədrləri tərəfindən dəstəklənir.Belə hesab edirik ki, bu veriliş yayımlansa, bu zaman vətəndaşlar və sakinlərimiz canlı yayıma qoşularaq, canlı ünsiyyət yaranardı. Onları narahat edən problemləri canlı yayımda səsləndirə bilərlər.

Qeyd edək ki, özünüidarəetmə sisteminin inkişafı üçün xüsusi əhəmiyyəti olan,” Bələdiyyə saatı”verlişində bələdiyyə idarəçiliyinin aktual problemləri, qabaqcıl bələdiyyələrin təcrübəsinin işıqlandırılması, bələdiyyələr haqqında biliklərin artırılması, bələdiyyələrin və sakinlərin maarifləndirilməsi, habelə  gənclərdə   Vətənə məhəbbət, estetik kamillik, vicdan azadlığına hörmət və digər mənəvi əxlaqi keyfiyyətlərin formalaşdırılması mümkündür.
Məhz “Bələdiyyə saatı”nda bələdiyyə sədrləri ilə sakinlərin daha sıx əlaqəsi, ünsiyyəti, daha yaxın, səmimi olmalarına şərait yaradıla bilər. 
”Bir bələdiyyə-azı bir layihə” çərçivəsində müzakirələr, müxtəlif problemlərinin həlli ilə bağlı, onların iqtisadi, mədəni, təhsil, sosial müdafiə, idman və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş proqramların işlənib hazırlanması yerinə yetirilə bilər.
Bununla yanaşı qeyd edilməldir ki, bələdiyyələr tərəfindən vətəndaşların irəli sürdükləri hər bir təklifə hörmətlə yanaşmalı, onları ən çox narahat edən məsələlərin müəyyənləşdirilməli və tədbirlər görülməlidir.
Respublikamızda demokratiya tələb və prinsiplərin qorunmasında, cəmiyyətin demokratik fəallığının artmasında və inkişafında yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin xüsusi rolu vardır.
İnanırıq ki, Azərbaycan bələdiyyələri zamanın sınağından çıxaraq müstəqil respublikamızın yeni dövr tarixinin yazılmasında öz sözünü deyəcək və layiqli yerini tutacaqdır.
Sonda prezident İlham Əliyevin bir kəlamını xatırlamaq yerinə düşər.

“Mən xalqın bir nömrəli xidmətçisiyəm.Siz də mənim kimi  xalqın xidmətində olmalısınız. Elə etməlisiniz ki, Sizə müraciət edən hər hansı bir vətəndaş Sizdən məmnun qalsın” 

Bu nöqteyi-nəzərdən də bizlərə səs verib etimad göstərən insanların daim xidmətində durmaq üçün əlimizdən gələni əsirgəməməliyik.

Mirbaba Hüseynov 

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin

sədri 

 

ŞƏRHLƏR