"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisəsi vətəndaşlara müraciət edib-ELAN

--2018-01-10 / 14:20

“Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)  vətəndaşlara müracitə edib:

"Çıxarışı olmayan fərdi yaşayış və bağ evlərinin,kotteclərin, malikanələrin, qeyri yaşayış obyektlərinin, iaşə və əyləncə məkanlarının ilkin olaraq memarlıq layihələndirilməsi, həmçinin eskiz layihələrinin (çertyojunun) və işçi layihələrin yüksək səviyyədə peşəkarlar tərəfindən hazırlanması həyata keçirilir.
Hazırlanmış Layihələrin sənədləşməsi və rəsmi təsdiq olunması üçün hüquqi məsləhətlər verilir.
Qiymət: 1 kv.m-1(bir) AZN"

Qeyd edək ki, Bakıxanov bələdiyyəsinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib. Təsis edilən  MMC  Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 17.08.2017-ci il tarixli qərarı ilə Dövlət qeydiyyatına alınıb. 

MMC  İqtisadiyyat Nazirlyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi üzrə lisenziya verilib.

Lisenziya görə, müəssisə tikinti obyektlətinin memarlıq layihələndirlməsini və bina və qurğuların  memarlaq  layihələndirilməsini həyata keçirəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR