"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisəsi taksi xidmətinə nə vaxtdan başlayacaq?

--2018-02-11 / 18:37

Xəbər verdiyimiz kimi, Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi yeni müəssisə “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bu gün bələdiyyə müəssisəsinin fəaliyyəti üçün hansı addımlar atılır?

Belediyye.infonun sualını cavablandıran Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov qeyd edib ki, müəssisənin fəaliyyət göstərməsi üçün nəzərdə tutulan ofis binasında təmir işləri başa çatdırılıb.

Hazırda taksi fəaliyyəti üçün zəruri hesab edilən dispetçer otağında ofis mebeli quraşdırılır. Paralel olaraq xidmətin internet üzərindən göstərilməsi üçün xüsusi olaraq proqramda yazılır.

Sədrin sözlərinə görə, ilkin olaraq sürücülərin seçimindən və onlarla hazırlıq keçdikdən sonra müəssisə tam fəaliyyətə başlayacaq.

İlkin olaraq müəssisənin aprelin əvvəlindən başlaması nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR