Sabunçu rayon Bakıxanov bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təsis etdiyi "Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi. Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət" MMC fəaliyyətə başlayıb.
Bələdiyyədən Belediyye.infoya bildiriblər ki, müəssisənin yaradılmasında əsas məqsəd bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb edilməsidir.
Müəssisənin ilk fəaliyyəti Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qarşısına sahibkarın fərdi müraciəti əsasında 375 kv.m sahəyə asfalt örtüyünün vurulması olub.
Bələdiyyədən verilən məlumata görə, sahibkarla bələdiyyə müəssisəsi arasında bağlanan müqavilə əsasında layihə yüksək səviyyədə icra olunmuşdur.
Qeyd edək ki, bələdiyyə müsəsisəsi hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək bildirir ki, müxtəlif həcmdə istənilən ərazidə bələdiyyə müəssisəsi yüksək keyfiyyət və münasib qiymətlə asfalt-beton işlərini, habelə dizayn, layihə, təmir-tikinti və digər xidmətləri həyata keçirir.
P.S. Ərazinin əvvəlki və sonrakı vəziyyətiylə bağlı bələdiyyənin təqdim etdiyi fotoları oxucularin diqqətinə çatdırırıq
Belediyye.info
|
|
|
|
|