Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə “Müəllimlər günü” münasibətilə qəsəbə ərazisində fəaliyyət göstərən, ömrünün 41 ilini bu şərəfli peşəyə həsr etmiş və 65 yaşını bu il tamamlayan, 100 saylı məktəbin müəlliməsi Quliyeva Məhbubə Süleyman qızı, eləcədə 143 saylı məktəbin təqaüdçü müəllimələri Orucova Qənirə Bayram qızı və Məmmədova Tahirə Ağahüseyn qızı ilə görüşlər keçirilmişdir. Bu barədə məlumatı bələdiyyədən daxil olub.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Vahabzadə, M.Ə.Rəsulzadə bələdiyyəsi Gənclər birliyinin sədri Ayla İbrahimova və bələdiyyə üzvləri iştirak etmiş, müəllimləri təbrik edərək mükafat təqdim etmişlər.
Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Belediyye.info
|
|
|