"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə mövsümü bazar açmaq niyyətindədir

--2018-03-12 / 16:32

Bu gün bələdiyyələr büdcələrinə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün hansı addımlar atır?

Sualı cavablandıran Sabunçu rayon Pirşağı bələdiyyəsinin sədri Şakir Quliyev Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə büdcəsinə əlavə vəsaitin cəlb edilməsi üçün maliyyə imkanımız yoxdur. Ancaq dəfələrlə bələdiyyə iclasında bu məsələ müzakirəyə çıxarılıb və konkret addımın atılması üçün qərarlar müzakirə edilib. Bununla ilk addım olaraq qəsəbənin dənizkanarında yerləşdiyinə görə, çimərlik mövsümünün başlandığı zamanda mövsümü bazar açılması planlaşdırılır.

Bunun üçün bələdiyyə tərəfində lazımı addımlarda atılır.

Belediyye.info

ŞƏRHLƏR