"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı üzv təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasıyla bağlı monitorinqə başlayır

--2020-01-28 / 08:34

23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrdə yeni seçilən bəzi bələdiyyə sədrləri işçilərdən könüllü işdən azad olunma ilə bağlı ərizə tələb edirlər. Bununla bağlı Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqına Həmkarlar İttifaqı üzvlərindən çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov bildirib ki, təşkilata daxil olan müraciətləri nəzərə alaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 23b.8-ə saylı 23 may 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş əmək qanunvericiliyinə riayət olunması üzrə həmkarlar ittifaqı tərəfindən ictimai nəzarətin təşkili və həyata keçirilməsi haqqında “Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı 25 yanvar tarixindən etibarən üzv təşkilatlarda monitorinqlərə başlayıb. Monitorinqlər zamanı müddətsiz əmək müqavilələrinin müddətli əmək müqaviləsiylə əvəzlənməsinin qanunauyğunluğu və işçilərdən könüllü işdən azad olunma ilə bağlı ərizə tələb etmələrinin həqiqətə uyğun olub olmamasına aydınlıq gətiriləcəkdir. İlkin olaraq monitorinqlərin Bakı şəhərində formalaşan bələdiyyələrdə keçirilməsi planlaşdırılır.

Belediyye.info

ŞƏRHLƏR