"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinə müraciət ünvanlayıb

--2016-05-23 / 20:11

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinə müraciət ünvanlayıb. İttifaq sədri Məhərrəm Xəlilovun imzasıyla gondərilən məktubda bildirilir ki, ökləmizdə uşaq əməyinə qarşı mübarizə aparılması daim diqqət mərkəzində dayanan məsələrdəndir.  Uşaq əməyinin istismar edilməsi uşaqların psixi və fiziki sağlamlığına mənfi təsir edir, onların normal inkişafı və təhsilinə maneəçilik yaradır.

Azərbaycan bu sahədə qanunvericilik bazasını gücləndirmiş, bütün beynəlxalq sənədləri, o cümlədən BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nı ratifikasiya etmişdir.

Bu gün də 15 yaşınadək uşaqların əməyindən istifadə edilməsinin yolverilməzliyi ilə bağlı mühüm tədbirlər görülməkdədir.

 Rayon komitəsi olaraq 15 yaşınadək uşaqların əməyindən istifadə edilməsinin yolverilməzliyi barədə əmək kollektivlərində görüşlərin təşkili, habelə görülən tədbirlər və gələcək planlar  haqqında məlumatların ittifaq göndərilməsi zəruri sayılır.

Rayon komitəsi olaraq bu kimi halların baş verməməsi üçün daim maarfiləndirmə işlərinə diqqəti artırılmalıdır.

Qeyd edək ki,  Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı     2003 cü ildə təsis edilib və hazırda 42 rayon təşkilatını özündə birləşdirir.

Belediyye.info

ŞƏRHLƏR