"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə ilə icra hakimiyyəti arasında əməkdaşlığa dair seminar keçirilib

--2016-07-18 / 20:43

Binəqədi Rayon İcra Hakimiyyəti ilə M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar-müşavirə keçirilib.

Keçirilən seminar–müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai–siyasi və humanitar məsələlər, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak ediblər.

Keçirilən görüşdə dini radikalizm və ekstremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Binəqədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RİH-nin məsul əməkdaşlarını bələdiyyə üzvləri və bələdiyyə qulluqçularına təqdim edib.

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov görüşün səmərəliyi haqqında məlumat verib. O cümlədən, müzakirə ediləcək məsələlərə diqqət çəkən natiq bələdiyyələrdə yaradılan ictimai – humanitar sektorun əhəmiyyətindən danışaraq, bu sahədə planlaşdırılan layihələrdən danışıb.

Təqdimatlardan sonra hər iki tərəf arasında İctimai – siyasi və humanitar məsələlər sahəsində, o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi, eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparılib. Müzakirələr zamanı bir sıra mühüm təkliflər irəli sürülüb və həmin təkliflərdən ibarət tədbirlər planının hazırlanması tövsiyyə olunub.

Müzakirələr zamanı Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təkliflərini irəli sürərək çıxış ediblər.

Tədbir zamanı M.Ə.Rəsulzadə Bələdiyyəsində yeni yaradılmış İctimai-humanitar sektor haqqında məlumat verilib, ona rəhbərlik edəcək bələdiyyə üzvü Jalə Tofiqqızı  tədbir iştirakşılarına  təqdim edilib.

Belediyye.info

ŞƏRHLƏR