"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə günü”nün təsis edilməsi məqsədəuyğun olardı

--2019-03-14 / 09:00

Ümumilli Lider Heydər Əliyev cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolunu yüksək qiymətləndirirdi. Ulu Öndər çıxışılarının birində deyirdi ki, “Bələdiyyələr Azərbaycanda başlanmış demokratik inkişaf yolunda mühüm bir mərhələ olacaq.”

Əbədiyaşar rəhbər qeyd edirdi ki, “yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir.”

Milli Məclisin plenar iclasında milət vəkili Kamran Bayramov tərəfindən qaldırılan məsələ ilk dəfə idi ki belə yüksək tribunadan səsləndirilirdi. Bu həqiqətən təqdirəlayiq hal sayılmalıdır. Qeyd edim ki, bu təklif bir neçə dəfə ictimai təşkilatlar tərəfindən, bələdiyyə sədrləri tərəfindən qaldırılsa da ciddi şəkildə ilk dəfə idi ki ictimailəşdirilirdi.

Bələdiyyələr yarandığı dövrdən bugünə kimi Azərbaycanda yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına, eləcə də bu sahədə yol verilən nöqsanların aradan qaldırılmasına diqqət göstərilir.

Qeyd edim ki, bələdiyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi təklifi Mərdəkan bələdiyyəsində də çox maraqla qarşılanır və yekdilliklə dəstəklənir.

İnanırıq ki, Azərbaycanda ilk bələdiyyələrin yaranmasının 20 illiyi və qarşıdakı seçkilər ərəfəsində “Bələdiyyə Günü”nün təsis edilməsi, bütün bələdiyyələrdə çalışanların rəğbətinə və sevincinə səbəb olacaqdır.

 Mirbaba Hüseynov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri    

 

ŞƏRHLƏR