"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Baş Komandanımıza güvəndiyimiz qədər, ordumuzun əsgərlərinə də güvənirik! -BƏLƏDİYYƏNİN SƏDR MÜAVİNİ YAZIR

--2020-08-04 / 05:54
Baş Komandanımıza güvəndiyimiz qədər, ordumuzun əsgərlərinə də güvənirik!
Azərbaycan ordusu hər zaman möhkəm iradəyə malik, güclü potensialı olmuşdur. Hələ Sovetlər dönəmində mərhum ulu öndər Heydər Əliyev, Azərbaycan ordusunun mükəmməl olmağından ötrü əlindən gələni əsirgəməmişdir. Sovet hakimiyyəti tərəfindən maneələrə baxmayaraq, Bakıda C. Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, elə öz zamanında ordunun irəliləməsinə səbəb olmuşdur.
Bu gün "torpaq uğrunda ölən varsa vətəndir" deyirik! Bu gün Azərbaycan ordusu, şəhid verəndə, həmin şəhidin valideyni "vətən sağ olsun! " deyərək, üç rəngli bayrağı öpüb, gözləri üstünə qoyur. Bu nə qədər təsirli olsa da, qürurvericidir! Azərbaycan əsgəri daima vətənimizin keşiyində, torpaqlarımızı düşmən tapdağından qoruyur! Bu günlərdə düşmən təxribatı nəticəsində Tovuz sərhədində şəhid verdiksə, biz polad kimi əyilmədik, mübariz olduq! Çünki bu vətənin saysız, hesabsız Poladları, Mübarizləri var!
Azərbaycan əsgəri! Daima irəli! Bu yol səni yormasın, usandırmasın! İlhamla irəli get ki, daima uğur sənin olsun!
Bu günlərdə mən də bu vətənin qızı kimi, Müdafiə Nazirliyindən hərbi səfərbərlik olarsa, qeydiyyatdan keçmişəm! Düşünürəm ki, bizim hər dövrdə qürur duyduğumuz qəhrəman kişilərimiz, ərənlərimiz olduğu kimi, Nigarlarımız, Həcərlərimiz də olub! Bu gün bu torpaq üçün vuruşmaq, lazım gələrsə, ölmək, hər birimizin vətəndaşlıq borcudur! İnanıram ki, tezliklə Ali Baş Komandanın əmri ilə igid əsgərlərimizin fədakarlığı ilə Qarabağ bizimdir, bizim olacaq!!!
 Cəmilə Ağayeva
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədr müavin
ŞƏRHLƏR