"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Balcılı bələdiyyəsində ötən ilin hesabatı müzakirə edilib - KƏND BƏLƏDİYYƏSİ HESABAT VERİB

--2019-01-08 / 14:10

Bu gün Yevlax rayonu Balçılı Bələdiyyəsinin nöbəti iclası baş tutub. İclasda bələdəiyyə üzvü olan 9 nəfər- Zeynalova lyuba İlyas qızı, Alıyev İsgəndər İsa oğlu, Məmmədov Rəşad Yusif oğlu, Qurbanov Şamil Nəsib oğlu, Əliyev Elgün Azər oğlu, Səlimova Aygün Həsrət qızı, Zeynalova Nailə Məlik qızı, Məmmədova Svetlana Asim qızı və Qasımova Sevda Vahid qızı iştirak edib. Bu barədə məlumat Balcılı bələdiyyəsindən daxil olub. 

İclasda Yevlax rayonu  Balçılı bələdiyyəsi tərəfindən 01.01.2018-ci il. 01.01 2019-cı il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə   vəsaitlərinin (təyinatı, məqsədli və dəqiq məbləği manatla) və digər bələdiyyə mülkiyyətinin(torpağın kateqoryası, məqsədli təyinatı və digər daşınmaz və daşınan əmlak göstərillməklə) istifadəsi haqqında hesabatın təsdiqi müzakirə edilib. Hesbata məruzəsiylə Balçılı bələdiyyəsinin sədri Zeynalova Lyuba İlyas qızı çıxış edib.

İclasda bələdiyyə sədri Lyuba Zeynalova 2018-ci il ərzində görülmüş işlər haqqında , o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat verib.

“Balçılı bələdiyyəsi iki kəndi Balçılı və Ağqırax kəndlərini əhatə edir:

Pay torpağı fiziki şəxslərə aid -1378 hektar.

Balçılı kəndi üzrə   - 966 hektar.

Ağqırax kəndi üzrə -412 hektar.

III kateqoriya əkinçilik - 1295 hektar.

II kateqoriya əkinçilik     - 83 hektar.

II kateqoriya BEF torpaqları kt əkinçilik – 66 hektar

I kateqoriya həyətyanı -50 hektar

   Zəbt   olunan həyətyanı torpaqlar -13 hektar

Kəndaltı -107 hektar

Bələdiyyənin mülkiyyətində 716,39hektar, 0 cümlədən 72 hektar əkin, yollar 232,03 hektar, kəndaltı sahə 74,73 hektar, prespektiv inkişaf fondu 20 hektar , yararsız 53,08 hektar, tutbağı 6,13 hektar, qamışlıq 23,74 hektar, şoran örüş 19,51hektar ,dərə 2,25 hektar, örüş 207,55 hektar, biçənək 5,37 hektar sahəsi var.

66 hektar BEF torpaqları və 132 hektar, örüş kateqoriyalı torpaq sahələri uzun müddətə icarəyə verilmişdir.

8,97hektar torpaq sahəsi Balçılı kəndində hərrac yolu ilə icarəyə verilmişdir.

1.40 hektar həyətyanı torpaq sahəsi satılmışdır.

01.01.2018-ci ilə büdcədə qalıq 2086 manat olmuşdur. 2018-ci il ərzində bələdiyyənin büdcəsinə ümumi 32.000 manat mədaxil olmuşdur. Belə ki, 5799 manat fiziki şəxslərdən torpaq vergilərindən, 10389 manat torpaq icarə haqlarından, həyətyanı alqı-satqı 11830 manat, 1800 manat dövlət büdcəsindən ayrılan datasiya və əmlak vergisi 2181 manatı büdcəyə daxil olmuşdur.

Yığılan vəsait isə bələdiyyənin müvafiq iclas qərarlarına uyğun olaraq əsasən yerli problemlərin həllinə xərclənmişdir. Belə ki, 7823 manatı abadliq işlərinə, 2250 manatı sosial yardımların verilməsinə, 0 cümlədən 6489 manat əmək –haqlarının ödənilməsinə, 1052 manat bank xidməti haqqının ödəniş edilmişdir”

Iclasda sədrin hesabatı ətrafında geniş müzakirələr aparılmışdır.

Yerli büdcə məsələləri üzrə daimi komissiyasının sədri Şamil Qurbanov, Yerli iqtisadi inkişaf məsələləri üzrə daimi komissiyanın sədri Qasımova Sevda Vahid qızı, Yerli sosial məsələləri üzrə daimi komissiyanın sədri Məmmədva Rəşad Yusif oğlu , Yerli ekologiya məsələləri üzrə   daimi komissiyasının sədri Əliyev   Elgün Azər oğlu, Yerli hüquq məsələləri üzrə daimi komissiyasının Alıyev İsgəndər İsa oğlu iclasda çıxış edib bildiriblər ki, Balçılı Bələdiyyəsi tərəfindən 2018 –cı il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (torpağın kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınan əmlak göstərməklə) istifadəsi haqqında hesabatın təsdiq edilməsi üçün səsvermə keçirilməsinə tərəfdarıq.

Səsvermənin nəticəsi:

Lehinə 9 nəfər, əlehinə yox, bitərəf yox.

Səsvermənin nəticəsini nəzərə alaraq yığıncaq qərara  alıb ki, Yevlax rayonu Balçılı Bələdiyyəsinin 01.01.2018-cı il ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin (təyinatı, məqsədi və dəqiq məbləği manatla) və bələdiyyə mülkiyyətinin (kateqoriyası, məqsədli təyinatı və digər daşınmaz və daşınan əmlak göstətilməklə) istifadəsi haqqında hesabatı təsdiq edilsin.

Daha sonra bu hesabat kənd sakinlərinin müzakirə etmələri üçün çap etdirilərək əhalinin yaxşı görə biləcəyi yerlərdən asılsın.

Belediyye.info                                               

 

 

 

 

 

 

 

ŞƏRHLƏR