"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Balaxanı bələdiyyəsinin sədri istefa verib

--2021-08-15 / 17:48

Sabunçu rayonu Balaxanı bələdiyyəsinin sədri Vüsalə Səlimova başqa işə keçməsi ilə əlaqədar istefa verib. Bələdiyyə iclasında sədrin istefası qəbul edilərək, sədr səlahiyyətlərinin icrası sədr müavini Bahadur Haşımova həvalə edilib.

V. Səlimova 2015-ci ildən Balaxanı bələdiyyəsinin sədri vəzifəsində çalışırdı.

Onu da qeyd edək ki, bu artıq Sabuncu rayonunda istefa verən ikinci bələdiyyə sədrdir. Bundan əvvəl Ramana bələdiyyəsinin sədri istefa vermişdi.

Belediyye.info

ŞƏRHLƏR