"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda torpağın qiyməti ucuzlaşıb

--2017-01-13 / 17:22

Tikinti sektorunda baş verən durğunluq torpaq qiymətlərinə də təsirsiz ötüşməyib. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə, bu il Bakıda torpaq qiymətləri ucuzlaşıb. Ucuzlaşma əsasən Bakıətrafı ərazilərdə qeydə alınıb.

 Şəhərin mərkəzi hissələrində yerləşən torpaq sahələrində də cuzi ucuzlaşma olsa da, tələb yüksək olduğundan bu, çox az hiss olunur. Ətraf ərazilərdə isə torpaqın hər sotuna görə 2-4 min manata qədər ucuzlaşma müşahidə olunur.

 Torpaq qiymətinin ucuzlaşmasının əsas səbəbi kimi fərdi tikintilərin kəskin azalması və ümumilikdə tikinti sektorundakı durğunluq göstərilir.

 Qiymətlərin azalmasına baxmayaraq, son dövrlər torpaq alqı-satqısında kəskin azalma müşahidə edilir. Hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlərin uğurlu alınacağı və tikinti sektorunda canlanmanın yaşanacağı təqdirdə torpaq qiymətlərinin yenidən artacağı gözlənilir.

http://modern.az/az/news/122344#gsc.tab=0

ŞƏRHLƏR