"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda qeyri-adi ofis icarəyə verilir

--2019-10-02 / 19:27

Oxucumuzun göndərdiyi bu şəkil diqqətimizi çəkdiyindən onu ictimailəşdirmək qərarına gəldik.

Belə ki, Bakının Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsiylə Azadlıq prospektinin kəsişməsində olan bu ofis icarəyə verilir. Ofisin ortasında isə göründüy kimi küknar ağacı var. Hiss olunur ki, ofis yenicə artırılaraq təmir edilmiş və icarəyə verilmək üçün tam şəkildə hazırlanmışdır.

Biz kiminsə çörəyinə bais olmaq niyyətindən uzağıq. Ən başlıca məqsədimiz qanunun aliliyini qorumaqdır. Küknar ağacını mühasirəyə alıb çörək qazanmaq istəyənlərə isə arzum odur ki, ağaclara qarşı bu cür hörmətsizlik etməyək.

Avropada 15 yaşlı məktəbli bütün qitə siyasətçilərinə meydan oxuyaraq dünyanın ekoloji faciə ilə üz üzə qaldığını isbat edir, biz isə beş kvadratmetrlik əraziyə görə ağacı mühasirəyə alıb gələcəkdə isə Allah bilir nə edəcəyik.

Hər halda düşünməyə dəyər.

Belediyye.info

ŞƏRHLƏR