"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı bələdiyyələrinin əsas büdcə gəliri hansı istiqamətdəndir?

--2019-04-21 / 15:33

Bakı şəhərində formalaşan 53 bələdiyyənin 2018-ci ildəki büdcə gəliri 9.729.600 manat olub. 2017-ci illə müqayisədə bələdiyyələrin büdcə gəlirlərində dəyişiklik olmayıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Əldə edilən vəsaitin 50.9 faizi əmlak vergisindən daxil olub. Yəni 53 bələdiyyənin büdcəsinə əmlak vergisindən 4.950.000 manat, torpaq vergisindən isə 1.099.800 manat daxil olub.

Bununla yanaşı Bakı bələdiyyələri mehmanxana resumlarının həcmini də 121 faiz artıra biliblər. Belə ki, 53 bələdiyyənin büdcəsinə 1.410.200 manatlıq mehmanaxana rüsumu daxil olub. Bununla yanaşı açıq məkanda reklamın yerləşdirilməsi və yayımından 29.000 manat, avtobomoil dayanacağından 121.100 manat, 549.200 manat bələdiyyə əmlkanın və torpağının icarəsindən daxil olub.

2018-ci ildə fiziki şəxslərin maliyyə yardımının həcmi 49.200 manat olub. 53 Bakı bələdiyyəsinə ötən il 1.107.900 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Belediyye.info

ŞƏRHLƏR