"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı bələdiyyələri mehmanxana rüsumunun həcmini 21 faiz artırıblar

--2019-07-10 / 19:08

Bakı şəhərində formalaşan 53 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 9.729.600 manat olub. Bu 2017-ci illə təxminən eyni həcm deməkdir. Maraqlıdır ki, əldə edilən vəsaitin cəmi 200 (iki yüz) manatı bələdiyyə əmlakı və torpağının özəlləşdirilməsindən daxil olub. Qeyd edək ki, bu rəqəm 2017-ci ildə 20600 manat olmuşdu.

Bələdiyyə mülkiyyətinin icarəsindən daxil olan maliyyə vəsaitinin həcmi isə 549.200 manat və ya ümumi büdcə gəlirlərinin 5.6 faiz təşkil edib. Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Bakı bələdiyyələri ötən il ərzində 4.950.900 manatlıq əmlak vergisi, 1.099.800 manatlıq torpaq vergisi, 2200 manatlıq mədən vergisi, 2000 manatlıq isə bələdiyyə müsəssiələrindən daxil olan mənfəət vergisi, 1.410.200 manatlıq mehmanxana rüsumu, 121.100 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

Qeyd edək ki, il ərzində 1.107.900 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Bakı bələdiyyələri əldə etdikləri maliyyə vəsaitinin 58,6 faizini, yəni 5.646.000 manatını yerli özünidarə orqanlarının saxlanmasına xərcləyiblər.

Qeyd edək ki, 2018-ci ildə ilk dəfə olaraq bələdiyyə mülkiyyətində olan müəssisədən mənfəət vergisi daxil olub.

Belediyye.info

ŞƏRHLƏR