"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı bələdiyyələri büdcə gəlirlərini il ərzində neçə faiz artıra biliblər

--2020-07-08 / 03:49

Bakı şəhərində formalaşan 53 bələdiyyənin 2019-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi

9.849.200 manat olub. Bu isə 2018-ci illə müqayisədə büdcə gəlirlərində cəmi 1.2 faiz artım deməkdir.

Əldə edilən vəsaitin isə 5.3 faizi yəni (525700 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Bakı şəhərində formalaşan 53 bələdiyyə 4.841.800 manatlıq əmlak vergisi, 1.2261.00 manatlıq torpaq vergisi, 1200 manatlıq mədən vergisi, 1.418.000 manatlıq mehmanxana rüsumu, 238.600 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

Qeyd edək ki, il ərzində 1.142.300 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Büdcə gəlirləndə digər istiqamətlərdən 401.000 manat vəsait daxil olub, umumlikdə, isə bələdiyyə mülkiyyətində olan müəssiələrdən ötən il cəmi 300 manat, daşınmaz əmlakın üzərində reklam daşıyıcısının yerləşdirdiyi reklama görə 2.000 manat maliyyə vəsaiti daxil olub.

Bakı bələdiyyələri əldə etdikləri qazancın 635 faizini, yəni 6.213.000 manatını yerli özünidarə orqanlarının saxlanmasına,18.6 faizini 1.839.000 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR