"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bacarığı, savadı və təcrübəsi ilə bələdiyyələrə dəstək olan insan

--2021-11-21 / 07:01

Dünən bizim günümüz idi. 27 illik Ağdam həsrətinə Ali Baş Komandanın və müzəffər ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində ilk olaraq döyüşsüz təhvil verilən Ağdamımıza qovuşmağımızın bir ili tamam olurdu. Hər bir ağdamlı kimi mənim də sevincimin həddi hüdudu olmayan bir gündür.

Amma dünən həm onun günü idi.

O insanın ki, ömürünün iyirmi iki ilini bələdiyyələrin problemlərinin həllinə sərf edib və etməkdə də davam edir.

O insanın ki, bacarığı, savadı və təcrübəsi ilə bələdiyyələrə həmişə dəstək olub və olmaqdadır.

Bəli, söhbət Pərviz Muradovdan gedir. Deyərdim ki, ölkəmizdə Pərviz adını daşıyan bəlkə də ilk azərbaycanlı olaraq uzun illərdən bəri tanıdığım insanlardandır. İlk bələdiyyə seçkilərindən başlayaraq fəaliyyətə Yasamal bələdiyyəsində başlayan və bu gün tətbiq etdiyi sistemin ilk işartılarını məhz bu bələdiyyədə tətbiq etməklə bu sistemə öz töhvəsini vermiş oldu. İlk baxışda qaraqabaq, adama yovuşmaz təsiri bağışlasa da, amma ilk görüşdən, ilk söhbətdən bu fikrin tamam yalnış olduğunu görmək olar.

Hər gün saatlarla dayanmadan bələdiyyə sədrlərinin suallarına cavab vermək açığı hər oğulun işi deyil.

Dünən dostlardan bir yazıb ki, bəs xəbərin yoxdu, belə diqqətli oğlansan də Muradovun dünən 65 yaşı tamam oldu sən təbrik etmədin.

Açığı dostumun bu utandırıcı fikirlərinə cavab olaraq deyim ki, bir neçə dəfə cəhd etsəm də bir-iki dostumun, o cümlədən Muradovun doğum tarixini öyrənə bilməmişdim. Hər halda bu tarixin açıqlanmaması elə Muradovun təvazökarlığından irəli gəlir.

Beləliklə, Pərviz Muradovu ürəkdən təbrik edir və deyilişi gözəl səslənən yüz yaşamağı demirəm, deyirəm Allahın verdiyi ömrü sağlam yaşa, övladlarının və nəvələrinin ətrafına daha geniş kölgə salmaqla yaşa. Həm də  bələdiyyələrə daha da dəstək olmaqla... 

TƏBRİK EDİRƏM MURADOV!!!

                                                    

VÜQAR TOFİQLİ

ŞƏRHLƏR