"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Azərpoct” MMC-yə-BANK XİDMƏTLƏRİNİ MÜASİRLƏŞDİRİN

--2020-08-07 / 06:15

Bələdiyyələrin hər birinin bank hesabının “Azərpoçt” MMC-də açılması ötən ildən yerliözünidarəetmə orqanlarına tövsiyə olundu. Baxmyaraq ki, onların hər birinin digər bank sektorunun əsas simaları olan banklarda hesabı var idi.

Aydındı, başa düşüləndir. Dövlətin bir qurumudur, o da əməliyyat etməlidir. Və çoxsaylı işçilərinə əməkhaqq verməlidir və sair və ilaxır. Buna sözüm yoxdur. Sözüm “Azərpoçt”dadır. Qısası, mən ümumiyyətlə dövlətin marağı naminə atılan hər bir addımı alqışlayıram. Lakin....

Bələdiyyələrdən daxil olan müraciətlərdən belə qənaətə gələ bilərik ki, “Azərpoçt”da göstərilən xidmət səviyyəsi onları qane etmir. Həm operativlik sarıdan, həm yeniliklərin tətbiqi sarıdan. Bu günədək “Kapitalbank”ın zəngin təcrübəsindən, ən müasir xidmətlərindən yararlanan bələdiyyələr birdən birə təcrübəsi olmayan bir qurumla üz-üzə qalıb.

Nədən belə vəziyyət yaranıb? Bütün proseslər onlayn şəkildə edildiyi bir vaxtda nədən kağızdan istifadəyə son vermirlər. Yeni ideyaları, digər banklar kimi kreativ ideyaların tətbiqini sürətləndirmirlər. Yəni bir cəlbedicilik yaratmırlar. Başa düşürəm, təcrübə yoxdur. Amma bu təcrübəni qazanmaq üçün addımlar atılmalıdır axı. Bir yerdəki 1606 müştəri varsa, bunların da illik dövriyyəsi 35 milyon manat ətrafındadırsa, onda yeni müasir xidmətlər nə vaxt tətbiq olunacaq ki, bu müştərilər konkret olaraq “qaçmasınlar” və ya narazı qalmasınlar. Nəyi gözləyirik? Kimi gözləyirik?

Hər halda “Azərpoçt”un tətbiq etdiyi “Şəbəkə” layihəsi şəxsən mənim ürəyimcə olub və məktub göndərişində yararlanıram və buna görə də onlara “sağ olun” deyirəm.

Hər halda “Azərpoçt” rəhbərliyindən xahiş edirəm ki, bu qısa iradlardan sonra düşmən axtarışına yox, kreativ ideyaların tətbiqiylə bağlı axtarışa çıxsınlar və bələdiyyələrə daha gözəl və müasir xidmətlər təklif etsinlər.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İB sədri

ŞƏRHLƏR