"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın xanım bələdiyyə üzvləri Türkiyədə səfərdədir

--2018-03-08 / 17:48

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən təşkil edilən "Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları" proqramı davam edir.

4-10 mart tarixlərində İstanbul və Kocaeli şəhərlərində həyata keçirilən proqrama Azərbaycan, Bosniya-Herseqovina, Qazaxıstan, Makedoniya, Moldova, Monqolustan və Tatarıstan nümayəndə heyətləri İstanbul Böyükşəhər Bələdiyyəsinin Həyat Boyu Öyrənmə Mərkəzini (İSMEK) ziyarət edib. Bu barədə məlumatı TDBB yayıb.

Təqdimat və sahə səfərindən sonra qadın mütəxəssislərin iştirak etdiyi heyətlər TDBB-də qarşılanıb.

TDBB-nin fəaliyyəti və proqramı ilə bağlı ekspertlər məlumatlandırılıblar.

Xatırladaq ki, bu tədbirdə ölkəmizi Yasamal bələdiyyəsinin üzvü Sima Çələbi, Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva təmsil edir.

Belediyye.info

ŞƏRHLƏR