"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Azərbaycanda yerli iqtisadi inkişaf alətləri" mövzusunda videokonfrans formatında müşavirə keçirilib

--2020-06-20 / 16:45

Avropa İttifaqının dəstəklədiyi Şərq tərəfdaşlığı ölkələri üçün nəzərdə tutulan "İqtisadi İnkişaf Naminə Merlərin Proqramı" (M4EG) çərçivəsində layihə rəhbərinin, Azərbaycan üzrə koordinator olan Ədliyyə Nazirliyinin nümayəndələrinin və bir neçə bələdiyyələrin iştirakı ilə “Azərbaycanda yerli iqtisadi inkişaf alətləri” mövzusunda videokonfrans müşavirə keçirilmişdir.

Tədbirdə yerli iqtisadi inkişafın təmin olunmasında bələdiyyələrin rolu və yerli iqtisadi inkişaf planlarının hazırlanması mövzusunda müzakirələr aparılmışdır.

Müşavirədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin rəisi Ruslan Osmanlı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək sahəsində görülən işlər barədə məlumat verərək Azərbaycanda yerli iqtisadi rifahın təmin olunmasında bələdiyyələrin fəaliyyətini, sahibkarlığın inkişafında yerli özünüidarə orqanlarına dövlət tərəfindən göstərilən daimi dəstəyi xüsusilə vurğulamış, dövlətin yerli özünüidarəetmə orqanlarına dəstəyinin əsas formalarından biri də dövlət büdcəsindən yerli büdcələr üçün dotasiyaların və subvensiyaların ayrılmasını qeyd etmişdir.

M4EG layihəsinin rəhbəri Peter Korsbi Azərbaycan bələdiyyələrinin də layihəyə qoşulmalarını xüsusi qeyd etməklə yanaşı, bu sahədə Ədliyyə Nazirliyinin dəstək və fəal iştirakını vurğulamışdır.

Müşavirədə bələdiyyələrin nümayəndələri də çıxış edərək yerli iqtisadi inkişaf proqramlarının hazırlanması ilə bağlı öz təcrübələrini bölüşmüşlər.

Belediyye.info

ŞƏRHLƏR