"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir - MÜSAHİBƏ

--2022-09-15 / 15:41

Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilovun SİA-ya müsahibəsi

- Ermənistan ordusunun tör-töküntüləri sentyabrın 12-13-də Kəlbəcər, Laçın və digər ərazilərimiz istiqamətində genişmiqyaslı təxribatlar törədib. Bu təxribatların arxasında hansı hərbi-siyasi maraqlar dayana bilər?

- Brüssel görüşündən sonra Şarl Mişelin, tərəflərin bir aydan sonra sülh müqaviləsinin müddəalarının hazırlanmasına başlayacaqları açıqlaması ictimaiyyəti, nəhayət, Ermənistanın məğlubiyyətlə barışması, reallığı dərk etməsi qənaətini düşünməyə vadar etdi. Tərəflərin açıqlamaları da artıq hamıda tezliklə sülh müqaviləsinin imzalanacağı ümidini yaratmağa başladı. Lakin gözlənilmədən əsrlərlə sınaqdan çıxmış erməni xisləti yenə də özünü büruzə verdi. Sentyabrın 12-də xaincəsinə, gözlənilmədən dövlət sərhədimizin Laçın, Kəlbəcər rayonları ərazisindəki mövqelərimizə təxribat xarakterli qəfil hücum nəticəsində ordumuzun şəhid verməsi bu murdarların sülhə hazır olmadığını, sadəcə, danışıqlarla vaxt qazanmaq istəklərini bir daha sübut etdi. Bu təxribata qarşı ordumuzun dərhal başlatdığı əks əməliyyatın ardınca erməni vay-şüvən maşını hərəkətə keçərək beynəlxalq aləmi bəyanatları ilə çaşdırmaq missiyası başlatdı. Azərbaycanı təcavüzkar kimi qələmə verərək KTMT, BMT, Aİ, AŞ və s. beynəlxalq təşkilatlardan kömək tələb etməyə başlanıldı. Dərhal havadarları da Ermənistana qoşuldu. Fransa BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsünü irəli sürdü. KTMT müzakirəyə başladı və regiona missiya göndərməyi qərar verdi. Dünya erməni havadarları dayanmadan ard-arda bəyanat, çağırış verməklə məşğuldur. Bu, bir daha sübut edir ki, əslində, düşünülmüş bir təxribat yaratmaqla Ermənistan və havadarları sülh müqaviləsini imzalamaqdan yayınmaq planını işə salıblar. Əslində, Azərbaycanı təcavüzdə ittiham edən Ermənistan öz təcavüzkar siyasətini həyata keçirməklə məşğuldur. Dünyanın bütün normal düşünən siyasətçiləri yaxşı anlayır ki, Azərbaycan qalib tərəfdi və sülhün tərəfindədir. Azərbaycan regionda kommunikasiya xətlərinin açılmasının və inkişafın tərəfindədir. Bu siyasəti həyata keçirməyə can atır. Ermənistanla münaqişə Azərbaycanın siyasi maraqlarına uyğun deyil. Baş verən hadisələrin məsuliyyəti birbaşa ermənilərin üzərindədir. Bu təxribatın arxasında da ermənilərin sülh müqaviləsi imzalamaqdan açıq imtina etməsi planı dayanır.

- Ermənistanın intensiv xarakter daşıyan bu təxribatları sülh danışıqlarından yayınmaq məqsədi daşımır ki?

- Bəli, bu təxribatların yalnız bir anlamı var sülh danışıqlarından yayınmaq. Ermənilər məğlubiyyətləri ilə barışmaq istəmirlər və cəfəng fikirlər bu xəstə xalqın başından çıxmır. Təəssüf ki, biz beynəlxalq aləmdə bu yaramazları dəstəkləyən havadarlarının da səslərini eşidirik.

- Paşinyan 44 günlük Vətən müharibəsində olduğun kimi, yenə də Makrona, Putinə və ABŞ rəsmilərinə və dünyanın bir sıra ölkələrinə yalvarış xarakterli telefon zəngləri edib. Bu adam qorxursa, çəkinirsə niyə təxribatlara bu dərəcədə meyil göstərir?

- Bu adam təxribatdan qorxmur, ölən erməni əsgərlərinin də taleyi onu narahat etmir. Bu adam 10 noyabr aktının tələblərindən və sülh müqaviləsindən yayınmağa çalışır. Siyasətçi kimi qətiyyətli deyil və bir daha əməlləri ilə sübut edir ki, sadəcə, idarə olunur. Ona görə də təxribatlarının ardınca dərhal 44 günlük müharibə dönəmində olduğu kimi Makronlara zəng edir Azərbaycan ordusunun zərbələrinin dəhşətindən nə etməli olduğunu soruşaraq yalvarır. Dünən gecə İrəvanın mərkəzindəki etirazlardan qaçaraq sosial şəbəkələrdən xalqa müraciət edərkən, əvvəlki bəyan etdiyi bütün fikirlərini təkzib etməsi bu insanın müstəqil siyasət yeritmədiyinin əyani sübutu idi. Ümumiyyətlə, bu üç gün ərzində Paşinyan siyasətçidən çox işini yarıtmaz bir icraçı olduğunu ortaya qoydu. Öz xalqının taleyini düşünmədən sifarişlə törətdiyi təxribatın fəsadlarını dərk etməyən siyasətçi ola bilməz. Paşinyandan öncə Ermənistana rəhbərlik edən cinayətkar qrup Moskvanın sifarişini yerinə yetirirdisə, bu, ə qərbin bəzi dairələrinin birbaşa tapşırığını icra edir. Ona görə də Makrona, ABŞ rəsmlərinə zəng edir. Putinə isə zəng görüntü xarakterlidir. Ermənistan KTMT-nın üzvü olduğu üçün Moskvanın Ukrayna hadisələri fonunda Ermənistana kömək edə bilməyəcəyini bilə-bilə zəng edir. Eyni zamanda, KTMT üzv dövlətlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini də gözəl anlayır. Sadəcə, erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, KTMT Ermənistanın dövlət maraqlarına cavab vermir. Makronun dərhal BMT Təhlükəsizlik Şurasına müraciəti isə, o deməkdir ki, Ermənistanın dayağı Qərbdir. Son erməni təxribatı, əslində, Qafqazda yeni geosiyasi oyunun tərkib hissəsidir. Dünən gecə Paşinyanın Xankəndidəki separatçı əlaltısı Arayikin sərsəm açıqlaması da bunu təsdiq edir. Lakin Ermənistan unutmamalıdır ki, dəmir yumruq yerindədir və öz sözünü deyir. Qərbin Ermənistana heç bir əsaslı köməyi dəyməyəcəkdir, əksinə, onları daha pis duruma salacaqdır. Nə qədər gec deyil ağıllarını başlarına yığsınlar.

- Necə hesab edirsiniz, davamlı xarakter daşıyan bu cür erməni təxribatları nəticə etibarı ilə Azərbaycanı Qisas əməliyyatlarını genişləndirməyə vadar edə bilərmi?

- Bu təxribatların cavabı, bəli, elə qisas əməliyyatıdır. Xaincəsinə qəfil sülhdən dəm vurub mövqelərimizə hücumun cavabını layiqincə almaqdadırlar. Artıq Ermənistanın tör-töküntü ordusundan hesab edirəm əsaslı bir şey qalmayıb. Bütün bizim sərhəd mövqeləri hədəfdə saxlayan hərbi postları məhv edilib. Şəhidlərimizin qanı alınıb. Dəmir yumruq öz sözün yenə deyib. Ermənistanla sərhəddə mühüm strateji mövqelər nəzarət altına alınıb. Təəssüflər olsun ki, şəhidlərimiz var, Allahdan onlara rəhmət diləyir analarının qarşısında diz çökürəm. Yaralılarımıza sağlıq arzulayıram. Hesab edirəm ki, iki yüz il bizə müsibətlər yaşadan erməni məsələsindən qurtulmalıyıq. Budəfəlik qisas əməliyyatını genişləndirim bu murdar tayfanı yerində otuzdurmalı, dinc yaşamağın yolunu başa salmalıyıq. Başqa yol qoymurlar bunlar. Paşinyan gedib digər yan gəlsə də o da yenə geosiyasi oyunların oyunçusu olacaq sifarişçi dəyişəcək. Erməni xalqı anlamaq istəmir ki, o böyük oyunların peşkasına çevrilib. Əslində, biz bu əməliyyatla onlar peşkalıqdan çıxarda bilərik. Axı iki yüz əvvələ qədər onları elə biz türklər qoruyub saxlamışıq... Mən Ali Baş Komandanıma, xalqıma, orduma inanıram. Əlimdən nə gəlir etməyə hazıram. İstəmirəm gələcəkdə şəhid sözü eşidim. Biz inkişaf edən sivil bir millətik. Bu axmaq xalqla məsələni birdəfəlik həll etməliyik.

Müəllif: Gülyana
 
ŞƏRHLƏR