"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Prezidenti: “Gün gələcək belə möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.”

--2018-11-05 / 20:02

 Azərbaycan Prezidenti İlham ƏLİYEV və birinci xanım Mehriban ƏLİYEVA bu gün Ağdam rayonunda Muğam Mərkəzinin açılışını etdi. Sözün həqiqi mənasında möhtəşəmliyi, monumentallığı ilə yanaşı qədim və zəngin Şərqin memarlıq üslubunu özündə birləşdirən bu muğam məbədinin açılışı tarixi bir hadisə idi.

Bu tarixi hadisə bir daha Ağdamın və ağdamlıların Cənab Prezidentin daim diqqət mərkəzində olduğundan xəbər verir.

Cənab Prezidentin Ağdama hər gəlişində Birinci xanımın onu müşaiyət etməsi rayon sakinlərinə yeni bir nəfəs verir, əhalidə ruh yüksəkliyi yaradır, desəm yəqin ki, yanılmaram.

Sözsüz ki, son on ildə Ağdam rayonu öz görkəmini çox dəyişb. Soltanbud təpəsində “Bayraq meydanı”nın və “Bayaq muzeyi”nin yaradılması, möhtəşəm Heydər Əliyev Mərkəzinin, Quzanlı qəsəbəsində qəsəbədaxili yollara asfaltın vurulması, bir sıra irihəcmli təhsil və səhiyyə obyektlərinin, müasir Ağdamın simvoluna çevrilən “Çay Evi”nın oxşarının Quzanlıda inşa edilməsi, 1964-cü ildən fəaliyyətdə olan Quzanlı Mədəniyyət evinin əsaslı şəkildə təmiri həyata keçirilən layihələrdən sayıla bilər.

Cənab Prezidentindən söylədiyi kimi, son illər ərzində Ağdam rayonunun inkişafına böyük diqqət göstərilib. Bu danılmaz bir həqiqətdir.

Cənab Prezident ziyalılar qarşısında çıxışında maraqlı məqamlara da toxundu:

“Deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb. Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır.

Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.”

Biz də bir ağdamlı olaraq bu arzuyla yaşayır və inanır ki, o gün uzaqda deyil. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə bu arzularımız da gerçəkləşdiriləcək.

Korifey sənətkarımız Arif Babayev demişkən Prezdent Ağdam rayonuna hər gəlişiylə bir tarix gətirir. Bu da bir həqiqətdir. Və bu həqiqəti danmaq olmaz.

Sonda bizdə bir ağdamlı olaraq Cənab Prezidentə və Birinci xanıma Ağdama və ağdamlılara göstərdiyi bu qayğı və diqqətə görə bir daha ürəkdən təşəkkür edirik.

Vüqar Tofiqli

Tədqiqatçı-publisist, QHT sədri

ŞƏRHLƏR