"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdədir

--2019-02-08 / 13:22

Serbiyanın Belqrad şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin növbəti iclası keçirilir. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Milli Məclisinin komitə sədri Anar İbrahimov və nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Monitorinq Komitəsinin iclasında iştirak edirlər. Bu barədə məlumatı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyası yayıb.

Serbiyanın Belqrad şəhərinin Moskva otelində işinə başlayan iclasda Serbiyanın Paraçin Bələdiyyəsinin sədri Sasa Paunovıcin salamlama çıxışından sonra Monitorinq Komitəsinin sədri Leendert VerbeeK tərəfindən görüş açıq elan olunmuşdur. Layihənin gündəliyi və 6 noyabr 2018-ci ildə Fransanın Strasburq şəhərində keçirilən iclasın icmalı qəbul edildikdən sonra çıxışlara başlanılmışdır. Görüşdə Polşada, Moldovada, Bosniya və Hersoqovinada, Rusiya Federasiyasında, Ruminiyada yerli və regional demokratiya ilə bağlı çıxışlar və Polşada keçiriləcək yerli seçkilər barədə məlumat səsləndirilmiş, Monitorinq Komitəsinin sədri Leendert Verbeek tərəfindən təqdim edilən Yerli referendumlar haqqında Konqresin hesabatını hazırlamaq təklifi dinlənilmişdir. Həmçinin, yerli özünüidarətmə ilə bağlı fikir mübadiləsi və İnsan hüquqları kitabının 2-ci cildində müzakirə olunacaq tematik məsələlər haqqında müzakirələr aparılmış, növbəti yığıncağın yeri və tarixi, eyni zamanda, 2-4 aprel 2019-cu il tarixlərində Fransanın Strasburq şəhərində baş tutacaq 36-cı sessiya ilə bağlı məlumat və Monitorinq Komitəsinin 2019-2020 işləri planı təqdim olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR