"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan bələdiyyə üzvləri beynəlxalq konfransda iştirak ediblər

--2022-06-17 / 09:24

Xəbər verdiyimiz kimi, Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəvətiylə Azərbaycan bələdiyyələrinin bir qrup üzvü Türkiyə Respublikasında rəsmi səfərdə olub.

Səfərin ilk günündə Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin İstanbul şəhərində növbəti toplantısı keçirilib. İdarə heyətinin iclasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan iştirak edərək çıxış edib.

TDBB-nin İdarə heyətinin iclasında Azərbaycanı təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirak etməklə çıxış edib.

Səfərin yekunlarıyla bağlı Belediyye.infoya açıqlama verən Təmraz Tağıyev bildirib ki, Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən toplantıda 30 ölkədən yerli özünüidarəetmə orqanlarının təmsiçliləri iştirak edirdi. Toplantıda Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan genişməzmunlu yaddaqalan çıxış etdi. Bundan sonra TDBB-nin “Beynəlxalq yerli idarəetmələr Konfransı” Bursa Böyükşəhər bələdiyyəsinin ev sahibliyi davam etdirilib.

Konfransda üzv ölkərin yerli idarəetmə və yerli özünüidarəetmə birliklərinin rolu müzakirə edilib.

Məhsuldar keçən səfərdə nümayəndə heyəti rəhbəri kimi Təmraz Tağıyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla, sabiq baş nazir Binəli Yıldırım və TBMM üzvü Şamil Ayrımla görüşlər keçirmişdir. Görüşlərdə Türkiyə və Azərbaycan bələdiyyələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyi  müzakirə edilmiş, o cümlədən iki ölkə bələdiyyələrinin birliyinə stimul qatacaq yeni layihələrin icra olunması müzakirə edilmişdir.

 Belediyye.info

ŞƏRHLƏR