"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan bələdiyyə sədrləri və üzvləri Türkiyə Respublikasına rəsmi səfərə yola düşüblər

--2022-06-08 / 18:16

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəvətiylə Azərbaycan bələdiyyələrinin bir qrup üzvü Türkiyə Respublikasına rəsmi səfərə yola düşüblər.

Nümayəndə heyəti TDBB-nin təşəbbüsü ilə Bursa şəhərində keçiriləcək “Beynəlxalq yerli hökumətlər” (Uluslararası yerel yönetimler) konfransında iştirak edəcəklər.

TDBB-nin yaydığı məlumatda bildirilir ki, konfransın işində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanında iştirakı nəzərdə tutulub.

11-12 iyun tarixlərində keçiriləcək konfransda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevın çıxışı planlaşdırılıb.

Nümayəndə heyətinə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Milli Bələdiyyə Assosiasyalarının sədrləri və qardaş Türkiyə bələdiyyələri ilə qardaşlamış bələdiyyələrin sədr və təmsilçiləri daxildir.

Səfərin ilk günündə isə İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə heyətinin iclası baş tutacaq. İdarə heyətin iclasında isə Azərbaycanı təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirak edəcək.

Qeyd edək ki, bununla bağlı məlumatı Türk Dünyası Bələdiyyələr Birliyi yayıb.

ŞƏRHLƏR