"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisinin iclası keçirilib

--2019-12-02 / 06:17

Azərbaycan   Bələdiyyə   İşçilərinin   Həmkarlar   İttifaqı Respublika Komitəsinin IV Məclisinin iclası keçirilib.

 Məclisin işində həmkarlar təşkilatınnın məclis üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmiləri və KİV təmsilçiləri iştirak ediblər.

İçlasda ABİHİ-nin Respublika Komitəsinin sədri   M. Xəlilov geniş hesabat məruzəsiylə çıxış edib. Çıxışında sədr bəzi ciddi məqalara toxunub. Sədrin çıxışında bildirib ki, bələdiyyə sahəsində əhali arasında marifləndirmə problemi ucbatından bir çox ərazilərdə insanlar öz vergi və rüsumlarını ödəmirlər. Bunun sayəsində bələdiyyələrimiz maliyyə proqnozlarını tam həyata keçirə bilmirlər. Bir çox bələdiyyələr demək olar ki, aylarla öz işçilərinə əmək haqqı verə bilmirlər. Yüzlərlə bələdiyyə var ki, işçiləri bələdiyyə sədri və mühasibdən ibarətdir. Misal üçün qeyd edim ki, Gədəbəy, Daşkəsən, Göygöl, Lerik, Yardımlı bələdiyyələri. Bərdə rayonu üzrə 66 bələdiyyə fəaliyyət göstərir. 66 bələdiyyədə bələdiyyə sədrləri ilə birlikdə 100 nəfər əmək haqqı alır. Bir mühasib 3-4 bələdiyyənin hesabatını aparır. Belə hallar demək olar ki, əksər rayon bələdiyyələrində mövcuddur. Qeyd etmək yerinə düşərdi ki, bu gün bələdiyyə qulluqçularının aylıq əmək haqqı ölkə üzrə olan orta əmək haqqından iki dəfə aşağıdır.

Daha sonra M.Xəlilov bildirib ki, ilk həmkarlar ittifaqı təşkilatı üzvlərinin əmək haqqlarından tutulmuş üzvlük haqlarının təyinatı üzrə vaxtında tam həcmdə köçürülməsində problemlər var. Bu səbəbdən də maliyyə çatışmazğı ilə əlaqədar öhdəliklərimizi layiqıncə yerinə yetirə bilmirik.

Məruzələr ətrafında Biləsuvar RK sədri Əhmədxan Qardaşxanov, ABİHİ-nin Xəzər RK sədri Sevil Mansurova və ABİHİ-nin Şəki RK sədri Səriyyə İsmayılova çıxış edib.

Məclisin sonunda səmərəli fəaliyyətlərinə görə,  ABİHİ-nin Məclis üzvü Jalə Sadıqova və Zirə bələdiyyəsinin qulluqçuşu Sevgim Ağayev səmərəli fəaliyyətlərinə görə Azərbaycan   Bələdiyyə   İşçilərinin   Həmkarlar   İttifaqı Respublika Komitəsinin “Fəxri Fərman”ları ilə təltif ediliblər.

 Belediyye.info

ŞƏRHLƏR