"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı müsabiqəyə start verib

--2020-02-17 / 11:39

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin müsabiqənin keçirilməsiylə bağlı üzv təşkilatlarına məktub göndərib.

Bununla bağlı Belediyye.infoya məlumat verən təşkilatın hüquq müfəttişi Məhəmməd Kərimov bildirib ki, kollektiv müqavilənin ümumi işin daha da keyfiyyətlə həyata keçirilməsinə təkan verəcəyini nəzərə alaraq Azərbaycan Bələdiyyə İşçilərinin Həkarlar İttifaqı 12 fevral 2020-ci il tarixli iclasında ABİHİ-nin üzv təşkilatları arasında “Ən yaxşı kollektiv müqavilə ” devizi ilə müsabiqənin keçirilməsi qərara alınmışdır.

Müsabiqənin keçirilməsində başlıca məqsəd kollektiv müqavilələrə diqqətin artırılması, kollektiv müqavilələrdə nəzərdə tutulan öhdəliklərin layiqincə yerinə yetirən təşkilatların müəyyən edilməsi, kollektiv müqavilələrə daha geniş sosial- iqtisadi güzəştlərin daxil edilməsinə nail olmaqdır.

Müsabiqədə iştirak etmək üçün kollektiv müqavilələrin olması mütləqdir. Müsabiqəyə ilin sonunda yekun vurulacaq. Müsabiqənin qalibləri Azərbaycan Bələdiyyə İşçilərinin Həkarlar İttifaqı tərəfindən mükafatlandırılacaqlar.

Belediyye.info

ŞƏRHLƏR