"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aynur Axundova: “Bələdiyyə sədri olaraq bu peşənin xususi bir gununu qeyd etmək mənə qurur verərdi”

--2019-03-10 / 07:05

Qobustan rayonu Cəyirli bələdiyyəsinin sədri Aynur Axundova Milli Məclisin üzvü Kamran Bayramovun “Bələdiyyə gününün” təsis edilməsiylə bağlı təklifini dəstəkləyərək maraqlı açıqlama ilə çıxış edib. Sosial şəbəkədə paylaşdığı açıqlamanı olduğu kimi təqdim edirik.

“Bələdiyylər yerli ozunuidarəetmə orqanı olsalarda dövlətin daim yanında, xalqının əmanəti olan torpağın keşiyində duran vətəndaşlarının sosial problemlərinin həllində boyuk rolu olan bir qurumdur.

Bələdiyyə seçkili orqandır və tam bir müstəqillik və demokratiklik rəmzidir, buna görə də özəl bir peşə gününə ehtiyyac vardır. Bələdiyylərin bəzisində maliyyə problemi də var. Bu problemin aradan qaldırılması üçündə bir çox layihələr hazırlanmalı bələdiyylərin xüsusi əmək haqqı nizamlanmalı, DSMF -ilə əməkdaşlıq güclənməlı, börcların yaranmamasına calışılmalı, habelə yaranmış borclarda ödənilməsində güzəştlər tətbiq edilməli və bəzi halda möhlət verilməlidir.

Bələdiyyə sədri olaraq bu peşənin xususi bir gundə qeyd etmək mənə qurur verərdi, bundan əlavə olaraq bələdiyylərin işinin qiymətləndirliməsini yaxsi və pis bələdiyylərin fərqləndirilməsi uçun xususi mükafatın təyin olunması bələdiyyə işçilərin, uzvləri və sədrləri üçün bir stimul olardı.”

Belediyye.info

ŞƏRHLƏR