"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ayna Sultanovanın heykəli sökülür?

--2019-10-02 / 18:54

Ayna Sultanovanın adını daşıyan parkda əsaslı təmir bərpa işləri davam etdirilir. İlin sonunadək parkın sakinlərin istifadəsinə veriləcəyi gözlənilir. Bu barədə məlumatı parkda çalışan fəhlələr bildiriblər. Fəhlələrin sözlərinə görə, ərazidəki abidənin sökülməsi gözlənilmir. Abidənin ətrafında bəzi xırda dəyişklik edilmiş, ərazidə çoxsaylı gül kolları və ağaclar əkilmişdir. Əlavə olaraq idman qurğularının quraşdırlıması nəzərdə tutulur.

Qeyd edək ki, Ayna Sultanova adına park Atatürk prospektində yerləşir və Binəqədi rayonunun inzibati ərazisinə daxildir. Burada Ayna Sultanovanın 1986-cı ildə ucaldılmış heykəli yerləşir. Abidə qranitdən hazırlanıb. Park uzun müddət idi ki, təmir bağlanmışdı.

P.S.

Sultanova Ayna Mahmud qızı — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur.

Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilmişdir. 

P.S. S.Mövzunu diqqətdə saxlayacağıq

Belediyye.info

ŞƏRHLƏR