"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aygün Əliyeva Binəqədi RİH başçısnın müavini vəzifəsindən ayrılıb

--2020-09-08 / 16:22

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün Əliyeva Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) yeni vəzifəyə təyinat alıb. Binəqədi RİH-də bu məlumatı təsdiqlədilər.

Yeni vəzifəyə təyinat aldığından xanım Aygün Əliyeva əvvəlki işindən ayrılıb.

Xatırladaq ki, 2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının 25 yaşlı baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilmişdi.

Onu da əlavə edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini də bitirib.

Belediyye.info

P.S.

Birincisi, xanım Aygün Əliyevanı yeni təyinat münasibətiylə təbrik edirəm. İnanıram ki, Binəqədi rayonunda olduğu kimi, TƏBİB-də də öhdəsinə düşən işi layiqincə yerinə yetirəcək, ümidləri doğruldacaq. Deməliyəm ki, belə bacarıqlı, yüksək intellektə sahib bir kadrı Binəqədi RİH itirmiş olsa da, TƏBİB qazanmış oldu. Təbrik edirik

İkinicisi ona pis oluram ki, Binəqədi RİH-də ənənəyə çevrilmiş bəzi məqamlar unudulmaqdadır. Soyuqqanlı davranışlar illərcə yaranmış münasibətləri sanki itirməkdədir. Hər kəsin yaxşı yadında olar ki, Binəqədi RİH-in 1-saylı SİƏD sədri mərhum Ləman Əliyevanın dünyasını dəyişən zaman nə haqqında bir bilgi verildi, nədə həmin günün səhəri keçirilən hesabat yığıncağında anıldı, heç olmasa bir məlumat belə verilmədi. Sanki belə bir insan həyatda yox imiş, uzun illər dövlətə və dövlətçiliyə xidmət etməmişimiş.

İndidə Binəqədi RİH -in saytına baxıram xanım müavinin haqqında məlumat dərhal saytdan götürülüb. Barı heç olmasa imzanın mürəkkəbi quruyardı ondan sonra götürülərdi, sonra məlumatlar silinərdi. Olmazdımı? Olardı. Kim bu addımı atıbsa yəqin zaman gələr ona qarşı da bu cür addım atılar. Hər halda düşündürcü məqamlardır.

ŞƏRHLƏR