"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Axundovun xatirə lövhəsi oğurlanıb?-CİDDİ SİQNAL

--2019-09-04 / 17:57

Söhbət Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Süleyman Sani Axundovdan gedir. Belə ki, onun Bakı şəhəri Yasamal rayonu Zivər bəy Əhmədbəyov küçəsi 18-də (köhnə ünvan Qubanov küçəsi 10) divara vurulan xatirə lövhəsi yoxa çıxıb.

Ağ mərmər löhvədə kiril qrafikasıyla “Bu evdə 1933-1939-cu illərdə görkəmli Azərbaycan yazıçısı və maarifçisi Süleyman Sani Axundov yaşamışdır” cümləsi yazılmışdı.

Son günlərədək divarda olan xatirə lövhəsi bu gün artıq orda yoxdur. Binanın fasadı təmir edilərkən hiss olunur ki, məhz xatirə lövhəsi üzlənmiş örtüyün arxasında saxlanılmışdır.

Hər halda bunu kim edibsə çox ciddi yalnışığa və savadsızlığa yol verib. Örtüklə xatirə löhvəsinin üstünü bağlayan şəxsin yazıçının yaradıcılığından xəbəri olsaydı yəqin ki, bu addımı atmazdı.

Düşünürəm ki, Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Süleyman Sanı Axundovun xatirə lövhəsinin bərpası ilə bağlı məsələyə Mədəniyyət nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, həmdə Yasamal Rayon İcra Hakimiyyəti öz sözlərini deməli, görkəmli ziyalıya qarşı hörmətsizlik edənlərə qarşı ciddi ölçü götürülməlidir.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

Belediyye.info

 

ŞƏRHLƏR