"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Avaxıl bələdiyyəsinin sədri:“On min manat borcu olan vergi ödəciyimiz var”

--2019-09-05 / 19:05

“Bu gün Şamaxı rayonu Avaxıl bələdiyyəsinin ərazisində olan beş mehmanxana xidməti göstərən ailəvi istirahət mərkəzinin heç biri mehmanxana rüsumu ödəmir.”- bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Sahib Şirinov bildirib.

Bu siyahıya “Dağlar qoynunda”, “Dədə Qorqud”, “Qızıldaş”, “Sərindağ” və “Fortuna” ailəvi istirahət mərkəzləri aiddir.  

Sədrin sözlərinə görə, həmin istirahət mərkəzlərindən ikisi hüquqi şəxs olduğundan vergilərini dövlət büdcəsinə, qalan üçü isə bələdiyyəyə ödəyir. Amma bu istiqamətdə bir çox çətinliklərlə üzləşirik.

Bu obyekt sahibləri arasında ciddi şəkildə maarifləndirmə işləri aparsaqda hələ ki ciddi irəliləyişə nail ola bilməmişik. Bu gün dəfələrlə müraicət etsək elə nəticəsi olmayıb. Artıq hər birinə bildiriş yazıb vermişik.

Misal olaraq deyim ki, “Dağlar qoynunda” mərkəzi ötən illərdə iki il üçün 1000 manat ödəmişdir. İl üçün əmlak vergisiylə birlikdə bir illik vergisi 500 manata yaxındır. “Qızıldaş”ında sahibi söz verib. İndi hər birinə yenə müraicət etmişik, söz veriblər, gözləyirik.

Əvvəl ki illərdə bələdiyyələrin fəaliyyətində problemlər olduğundan bu gün onun hesabına müəyyən çətinliklərlə üzləşməli oluruq. Bu gün əsas məqsədimiz bələdiyyənin nüfuzunu artırmaqdır.

Ərazimizdə əldə etdiyimiz əsas gəlirimiz əmlak və torpaq vergisindəndir. Ötən il büdcə gəlirimiz dotasiya ilə birlikdə 10.000 manata yaxın olub. Bələdiyyənin ərazisində 253 ev vardır ki, onunda 80-də bu gün yaşayış vardır. Digərlərini isə bağ evi kimi istifadə edilir.

Bəzilərinin illərdir sahibini görə bilmirik ki, heç olmasa bildirişlərimizi verək. Bu gün on min manat borcu olan vergi ödəciyimiz var. Vergimizi ala bilmirik.

Bələdiyyənin yeddi üzvünün hər biri bu qurumun inkişafı üçün əlindən gələni əsirgəmir.

Bizim əsas problemlərimizdən biri də mehmanxana rüsumunun hesablamağın qaydasının tətbiq edə bilməməyimizdir.

Əgər bu problemi həll etmiş olsaq, yəqin ki, büdcə gəlirləimizi həm artıra bilərik, həm də sakinlərin qarşılaşdığı problemləri vaxtında həll edərik.

Sədr Sahib Şirinov 2015-ci ilin sentyabrından bələdiyyə sədri seçildiyin deyərək, həmin vaxt bələdiyyənin 800 manatdan artıq DSMF borcunun və kifayət qədər əməkhaqqı borcunun olduğunun qeyd edib.

Onun sözlərinə görə, az müddətdə görülən sistemli tədbirlər nəticəsində bələdiyyənin bütün borcları ödənmişdir.

Bununla yanaşı mərasim çadırı quraşdırılmış və 300 nəfərlik xidmət dəsti alınmışdır. Bununla yanaşı qəbrstanlıq ərazisində ciddi təmir-bərpa işləri aparılmışdır.

Belediyye.info

ŞƏRHLƏR