Astara bələdiyyəsinin yeni seçilmiş sədri İbadov Anar Akif oğlu
1984-cü il 22 avqust tarixində Astara şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin bakalavr dərəcəsi üzrə riyaziyyat fakultəsini 2005-ci ildə bitirib.
2007-2009- cu illərdə Astara “Azenenerji Qovşağı” MMC, 2009-2014-cu illərdə Astara Pedaqoji Kolleci ixtisası üzrə müəllim, 2014-2016-cı illərdə Astara şəhər 1 saylı tam orta məktəb müəllim, 2016-2019-cu illərdə 15 saylı ƏMHM metodist, iyun-sentyabr 2019-cu ildə “Azərişıq” Astara şöbəsində informasiya mühəndisi, 10.2019- 01.2020 ci illərdə Astara Pedaqoji Kollecdə İT mütəxəssis vəzifəsində çalışıb.
2015 və 2019-cu ildə bələdiyyə seçkilərinə qatılaraq üzv, 2020-ci ilin yanvarından isə Astara bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
YAP üzvüdür.