"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara Bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər və yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin istifadəsi haqqında H E S A B A T

--2021-03-16 / 10:12

Astara Bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər və  yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin istifadəsi haqqında

                                    H E S A B A T

Astara bələdiyyəsinə 2020 – ci ilin 12 ayı ərzində 30981,00 manat vəsait daxil olmuşdur. Daxil olmuş vəsaitin 7502,00 manatı vergilərdən daxilolmalar, 7213,00 manatı torpaq alqı-satqısı, 11766,00 manatı torpaq icarə haqqı, 4500,00 manatı dotasiyadan daxil olmuşdur.

Astara bələdiyyəsinin büdcəsindən 2020 -ci ilin on iki ayı ərzində ümumi məxaric 30824,00 manat olmuşdur.

Astara bələdiyyəsi 2020-ci il üzrə büdcəni 19,4 faiz icra etmişdir. Büdcəyə daxilolmalardan vergilərdən daxilolmalar -13,8 faiz, icarə haqqı- 117,7 faiz, mal və xidmətlərin satışından daxilolmalar -11,9 faiz, dotasiya- 12,9 faiz icra olunmuşdur.

Xərclər üzrə vəsait 19,3 faiz icra edilmişdir. Yerli özünüidarəetməorqanının saxlanması - 30,8 faiz, bundan cəmi 19104,50 manat əməyin ödənişinə xərclənmişdir. Astara bələdiyyəsinin hesablarına İcra bölməsi tərəfindən həbs qoyulduğundan Məhkəmənin İcra sənədi üzrə qoyulan inkasso sərəncamına əsasən 11000,00 manat, Vergilər İdarəsi tərəfindən qoyulan inkasso sərəncamına əsasən büdcəyə olan faiz və qalıq borcuna 517,46 manat bələdiyyənin hesabından silinmişdir. Bələdiyyənin hesabından Poçt xidmət haqqına 126,05 manat, Plastik kartın alınmasına görə 76,00 manat vəsait silinmişdir. Bələdiyyənin təhsil xərcinə 0 faiz, səhiyyə xərcinə 0 faiz, sosial müdafiə və sosial-təminat xərcinə 0 faiz, mədəniyyət, incəsənət, informasıya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri-0 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri-0 faiz, ətraf mühitin mühafizəsi xərcləri-0 faiz, iqtisadi fəaliyyət xərcləri-0 faiz və digər xərclər 0 faiz cra olunmuşdur.

Hesabat dövründə Astara bələdiyyəsində 18 iclas keçirilmişdir.

Hesabat dövründə Astara bələdiyyəsinə təşkilatlardan 102 ədəd, vətəndaşlardan 91 ədəd məktub daxil olmuşdur. Vətəndaşlara və təşkilatlara 174 ədəd arayış təqdim olunmuşdur. Təşkilatlara 153 ədəd məktub göndərilmiş və 7 ədəd sorğu məktubu ünvanlanmışdır. 47 nəfər vətəndaşların şifahi müraciəti dinlənilmiş lazımı tədbirlər görülmüşdür. 2020-ci il ərzində bələdiyyənin rəhbərliyi tərəfindən 15 nəfər vətəndaş qəbul edilmişdir.

  Astara Bələdiyyəsi 

ŞƏRHLƏR