"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsi qəhrəmanın problemləriylə maraqlanıb

--2016-06-15 / 00:10

Astara bələdiyyəsinin yaydığı məlumata görə, aprel döyüşlərində yaralanaraq sağ ayağı amputasiya olunan şəhər sakini, 1991-ci il təvəllüdlü tank komandiri Orxan Əliyev  xəstəxanadan evə buraxılıb.

Astara bələdiyyəsinin təşəbbüsü ilə bələdiyyə təmsilçiləri başda sədr Aygül Məmmədova olmaqla qəhrəmanın həyat şəraiti və sağlamlıq durumu ilə maraqlanıblar. Görüşdə  yerli “Astara” qəzeti redaksiyasının təmsilçiləri də iştirak edib.

Görüşdə bələdiyyə sədri Orxan Əliyevi dinləyərək onun problemləri ilə maraqlanıb.

Sədrin sözlərinə görə, “biz nə qədər çalışsaq, yaşasaq və xidmət etsəkdə Orxan və neçə -neçə əsgərlərimizin Vətənimiz üçün etdiklərini edə bilmərik. Odur ki, şəhid olan əsgərlərimizin ailələri və yaralanmış əsgərlərin özləri üçün əlimizdən gələni və gəlməyəni etməyə çalışmalıyıq.”

Sədr Orxan Əliyev istəyini bu günlərdə keçiriləcək bələdiyyənin iclasında müzakirəyə çıxarılacağını vəd verib.

Belediyye.info

P.S. Mövzunu diqqətdə saxlayacağıq

ŞƏRHLƏR