"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsi işçi axtarır

--2017-06-12 / 13:21

Astara rayonu Astara bələdiyyəsi  “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə 12.06.2017-ci il tarixdən  müsabiqə elan edir.

  -  müfəttiş -3 yer

Namizədin müsabiqəyə buraxılması qaydası:

On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun  peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

Bələdiyyə orqanlarında qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyə orqanına   aşağıdakı sənədləri təqdim etməlidir:

-          vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

-          kadrlar uçotunun şəxsi vərəqəsi;

-          tərcümeyi hal;

-          təhsil haqqında sənədin surəti; 

-          şəxsiyyət vəsiqəsinin surəti;

-          əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

-          sağlamlıq barədə arayış;

-          hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

-   3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Müsabiqədə iştirak etmək arzusunda olanlar  Astara  bələdiyyəsinin Azərbaycan küç-15  ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.

 Sənədlər komissiya üzvü   Əmirova Yeganə Camal qızı  tərəfindən qəbul edilir.

Tel: 0-25-225-31-49

ŞƏRHLƏR