"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyələri icarə haqqlarını 62 faiz artıra bilsələr də, ““Relax Beash” və “Şindan” mehmanxanaları bələdiyyəyə vergi borcunu ödəmək istəmir?

--2020-08-10 / 10:26

Astara rayonunda formalaşan 15 bələdiyyənin 2019-cu ildə illik büdcə gəlirinin həcmi 240.500 manat olub. Bu da 2018-ci illə müqayisədə büdcə gəlirlərində 16 faizədək azalma deməkdir. Əldə edilən vəsaitin isə 27.200 manatı, yəni ümumi büdcə gəlirinin11.3 faizi bələdiyyə torpağınn icarəsindən daxil olub. Qeyd edək ki, digər istiqamətlərdə geriləmə olsa da, bu istiqamətdən ötən illə müqayisədə 62 faizəfək artım müaşhidə olunub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Astara rayonunda formalaşan 15 bələdiyyə il ərzində 16.700 manatlıq əmlak vergisi, 48.700 manatlıq torpaq vergisi toplaya biliblər.

Təəssüf ki, il ərzində yerli büdcəyə mədən vergisi, dayanacaq rüsumu, mehmanxana rüsumu, reklam vergisindən heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində Astara bələdiyyələrinə 37.800 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Belediyye.info olaraq mütəmadi olaraq rayonlarda formalaşan bələdiyyələrin qarşılaşdığı məqamları ictimailəşdiririk.

Hələ ötən ildə Lerik rayonu ərazisində olan məşhur ““Relax Hotel and Resort” otelinin bələdiyyəyə külli miqdarda borcu olması barədə, bununla yanaşı ötən il Qəbələ rayonundakı bələdiyyələrin  304.600 mehmanxana rüsumu topladıqları barədə yazmışdıq. Belə ehtimal etmək olar ki, otellər vaxtında bələdiyyələrə qanunla nəzərdə tutulmuş rüsumu ödəmiş olsaydılar onda həmçinin Astara bələdiyyələrinin də büdcə gəlirlərində artım hiss olunardı.

Bildirilir ki, ötən il Astara rayonunda iki əsas “Şindan” və “Relaks” otelləri fəaliyyətdə olub. Lakin Astara bələdiyəsindən daxil olan məlumatda qeyd edilir ki, hələ ötən il dəfələrlə müraciət ediləsə də hər iki oteldən bələdiyyəyə hər hansı ödəniş daxil olmayıb.

Bu gün bələdiyyənin “Relaks Beash” otelə ünvanladığı bildirişdə otelin 1.822 manat torpaq vergi borcu var ki, bununda 1024 manatı ötən illərdən olan borc, 256 manat vergi borcuna hesablanan faiz, 503 manatı isə cari il üzrə hesablanmış verigidir. Bunun la yanaşı otelə 1.765 manat əmlak verigisi hesablanıb ki, bununda 992 manatı ötən illərdən olan borc, 248 manatı borca hesablanmış faiz , 498 manat isə cari il üçün hesablanmış əmlak verigsidir. Bununla yanaşı hər iki otelin mehmanxana rüsumu da ödəməlidir ki, bununla bağlı rəqəmlər dəqiqləşdirilir. “Şindan” otelinin bələdiyyəyə kifayət qədər borcu olduğu deyilir.

Bələdiyyədən bildiriblər ki, cari ildə hər iki otel rəhbərliyi vergi borcunu ödəməyə çalışacaqlarnı bildiriblər.

Lakin MM üzvü İqbal Məmmədova məxsus olduğu iddia edilən ötelin bələdiyyəyə bu qədər borcunun olmasında yəqin ki bələdiyyələri əvvəlki sədrlərinin də günahı az olmamış deyil. Vergi və rüsumlar vaxtında toplanılmasında hər bir bələdiyyə ciddi cəhdlə çalışmalı və qanunun verdiyi bütün imkanlardan istifadə etməldirilər.

Əlavə olaraq qeyd edək ki, ölkə bələdiyyələrinin əsas gəlir mənbələrindən biri də mehmanxana rüsumu təşkil edir. Ölkəmizin turizm cəlbediciliyi artdıqca gələn qonaqların sayında da kifayət qədər artım hiss edilməkdədir. Ötən il bələdiyyələrin mehmanxana rüsumlarının yerli büdcəyə 1.957.200 manat vəsait daxil olub.

Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən daxil olub.

Məlumata görə, bu da 2018-ci ildəkindən 7.5 fazi artıq deməkdir və ümumi büdcə gəlirlərində tutduğu yerin həcmi isə 5.5 faiz bərabərdir.

Əldə edilən vəsaitin 1.418.000 manatını, yəni 72.5 faizini Bakı bələdiyyələri, 304.600 manatını Qəbələ, 79.000 manatını Şəki, 7.900 manatını Sumqayıt, 6.200 manatını Quba, 3.900 manatını Gəncə, 3.700 manatını İsmayllı, 2.700 manatını Abşeron, 2.900 manatını Ağstafa, 1.400 manatı Qax, 1.400 Zakatala, 1.300 manatını Oğuz, 1200 manatını Şamaxı, 800 manatını Masallı, 400 manatın Tovuz, 400 manatını Lənkəran, 300 manatını Gədəbəy bələdiyyələri toplayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170 min 400 və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Bu isə deməkdir ki, bu insanlar ölkəmizdə qohum-əqrabasını yoxlamağa deyil konkert olaraq ya işlə, ya da istirahət məqsədiylə gəlib. Və yəqin ki, bir günlük gəlməyiblər. Onların hər birinin gecələməsini orta hesabla 5 gündən hesablasaq demək gecələmələrin sayı 15.852.000 edəcək. Hər gecələməyə görə isə mehmanxananın aldığı vəsaitdən 1.1 manatı yerli büdcəyə köçürülməliydi. Demək il ərzində bələdiyyələrimiz 17.437.200 maliyyə vəsaiti əldə edə bilərdilər. Bu rəqəmin qarşılığında isə yerli büdcəyə cəmi 2 milyon manata yaxın vəsait daxil olub. Hər halda bələdiyyə sədrləri bu istiqamətdən daxil olan vəsaitin həcmini artırmaq üçün çalışmalıdırlar.

P.S. Qanunlarda qeyd edilir ki, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır, hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir

P.S. “Relaks” və “Şindan” otelinin məsələyə münasibətini istifadə etməyə hazırıq.

Belediyye.info

ŞƏRHLƏR