"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədrinə ürək sözüm

--2020-04-05 / 18:44

Çox hörmətli Təmraz Tağıyevi 2015-ci ilin yayından tanıyıram. Bələdiyyələrlə İş mərkəzinin rəisi, dəyərli insan Mehdi Səlimzadənin təşəbbüsü ilə arda-arda keçirilən tədbirlərdə, bələdiyyələrə həm praktik, həmdə metodiki kömək göstərilirdi. Belə tədbirlərdə tanış olduğum Təmraz Tağıyevlə onun təşəbbüsü ilə YAP-ın Nərimanov təşkilatının inzibati binasında olan ilk görüşümüzdə maraqlı söhbətimiz oldu. Doğma kəndi Hamamlı haqqında, hətta Ulu Öndər Heydər Əliyevlə ilk görüşü barəsində danışanda kövrək notlara toxunması ona qarşı olan hörmətimi bir xeyli artırmış oldu. Gözləmədiyim halda bizi “el qaydasında” qəbul edib yola salması da diqqətimdən yayınmadı. Təmraz müəllimə o hörmətim bu gündə qalmaqdadır.

Kinolenti kimi yaddaşıma hopan həmin görüş barəsində gələcəkdə geniş bir yazı yazmağı da planlaşdırıram. İndi isə başqa bir mətləbə keçim...

*****

Təmraz müəllim dünən zəng etmişdi. Danışdıq. Son iki gündə ictimailəşdirdiyim bir məsələnin həllni tapdığını söylədi. Sevindim. Və onu məlumat kimi verməyimi xahiş etdi. Məndə öz növbəmdə söz verdim və...

Dərhalda üç hüquqşunasa zəng edib göz aydınlığı verdim. Lakin cavabında bunun hansı sənəddə öz əksini tapdığını məndən soruşanda, dedim baxın məlumatlarda olacaq, mən də evdə olanda bu məlumatı yayacağam.

Beləliklə, hər üç hüquqşünas özü də bələdiyyədə çalışan şəxsə cavab verə bilməsəmdə günün sonunadək bələdiyyə sədrlərinin, üzvlərinin və qulluqçularının nə qədər narahatlıq keçirdiyinin şahidi oldum. Həm telefon zəngləri, həm sosial media üzərindən onlarca müraciətə cavab verməli oldum. Lakin, öz keçdiyim yolu, yəni ASANİMZA ilə qeydiyyatdan keçməyi tövsiyə etdim. Bununla da məsələ bitdi. Amma bu narahatlıq əsasən siyahıya bələdiyyənin adının salınmamasıyla bağlı idi. Yəni siyahıda ad olsaydı bəlkədə belə narahatlıq yaşanmazdı, ƏZİZ İNSAN...  

*****

Hazırda ölkəmizdə koronavirusla aparılan sistemli mübarizə ilə bağlı proseslərə bələdiyyə assosiasiyalarının aktiv şəkildə qoşulmamaları məndə təəssüf doğurur. Siyahıda qeydin olunmamasının bir səbəbi də məhz bu aktivliyin olmamasıyla bağlı idi, desəm bəlkə də səhv etmərəm. Fikrimcə, siyahıda olmaq həm də diqqət deməkdir. Bugün kü, məqamda lobbiçiliyi məhz bu qurum etməliydi. AMMA PASSİVLİK NÜMAYİŞ ETDİRMİŞ OLDU.

Bundan başqa isə 15 ay ərzində zəng etməyən əziz dostum Təmraz Tağıyevin göndərdiyi bütün məlumatları danışıqsız Belediyye.info saytında yerləşdirsəm də, həmçinin aramızda soyuq münasibət üçün əsas olmadığını bilsəm də, assosiasiya sədrinin saytın ağır günlərində bizi axtarmaması, maraqlanmaması da ikinci bir tərəfdən məndə təəssüf doğurdu. Nə isə...

Güman edirəm ki, əziz dostum iradımı səmimi qəbul edəcək. Və bu iradı neqativ məcraya yox, ümumi işimizin xeyrinə məhz pozitiv məcraya yönəltməklə səmimi qəbul edəcəkdir.

İndiki məqamda assosiasiyaya aktiv olmaq arzusuyla,

Vüqar Tofiqli

ŞƏRHLƏR