"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri V İslam Həmrəyliyi oyunlarının açılış mərasiminə dəvət edilib

--2022-08-08 / 08:55

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimaov bələdiyyəsinin sədri Təmraz Tağıyev V İslam Həmrəyliyi oyunlarının açılış mərasiminə dəvət alıb.

Bununla bağlı məlumat Nərimanov bələdiyyəsindən daxil olub. Dəvət Konya Böyükşəhər bələdiyyəsinin təşəbbüsü ilə gerçəkləşib. Tədbirin açılış mərasimi 9 avqust tarixində baş tutacaq.

Qeyd edək ki, 9-18 avqust tarixlərində gerçəkləşəcək oyunlarda dünyanın 56 ölkəsindən 3000 yaxın idmanıçı öz qüvvəsini sınayacaq.

Əlavə edək ki, tarixi, mədəniyyəti, insanları və sahib olduğu bütün xəzinələrin ilə bənzərsiz bir dəyərə malik olan Konya həm də investisiyalar sayəsində möhtəşəm bir idman şəhəridir.

Belediyye.info

ŞƏRHLƏR