"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri Türk Dünyası Bələdiyyələr Birliyinin sədrinə başsağlığı məktubu ünvanlayıb

--2022-08-21 / 17:21

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimaov bələdiyyəsinin sədri Təmraz Tağyev Türk Dünyası Bələdiyyələr Birliyinin sədri Cənab Uğur İbrahim Altaya Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olmasıyla bağlı başsaglığı məktubu ünvanlayıb. Məktubda deyilir:

 "Hörmətli cənab sədr!

Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri sədri olduğum Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin bütün üzvlərini və kollektivini olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan bələdiyyə üzvləri və qulluqçuları adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyərək tezliklə sağalmalarını arzulayaram.

Həlak olanlara Allah rəhmət eləsin!

Təmraz Tağıyev,

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri

TDBB-i İdarə heyətinin üzvü"

ŞƏRHLƏR