"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“ASAN könüllüləri” Binəqədi RİH-də təcrübə keçməyə başlayıb

--2017-10-25 / 17:29

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib.  Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə  tanış olmuşlar və onlara ətraflı məlumat verilib.

Sonra gənclər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışdırlar.

Belediyye.info

ŞƏRHLƏR