"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Arif Rəhimzadə: “Yerli idarəetmə sisteminə maraq ildən-ilə azalır...”

--2019-05-07 / 03:53

“Yerli idarəetmə sisteminə maraq ildən-ilə azalır. Bu, bələdiyyələrə seçkilərdə seçicilərin sayında da özünü göstərir.” -bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının hesabat yığıncağındakı çıxışında deyib.

Komitə sədri bildirib ki, “bələdiyyələr əhali ilə mütəmadi təmasda olmalıdırlar. KİV-lərdə bələdiyyələrlə bağlı mütəmadi xəbərlər getməli, verilişlər hazırlanmalıdır. Bələdiyyələr tez-tez müxtəlif sosial layihələrlə çıxış etməlidirlər.”

Sədin sözlərinə görə, bələdiyyələr böyük qüvvədirlər. Bu qüvvədən ideoloji sahədə də istifadə etmək olar.

O, Milli Məclisdə bələdiyyələrlə bağlı bir neçə qanuna ciddi düzəlişlər edildiyini söyləyib. Bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri”, “Qəbiristanlıqlar və qəbir yerləri” haqqında qanunlar bu qəbildəndir.

Belediyye.info

 

ŞƏRHLƏR