"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Arif Rəhimzadə: “Vətəndaş mənzilində bir ildən artıq yaşayırsa, onu sənədləşdirməyə və vergisini verməyə özü maraqlı olmalıdır”

--2018-10-20 / 17:14

 “Sənədsiz mənzillərə hüquqi statusun verilməsi istiqamətində iş aparılır. Bu sahədə işin həcmi çoxdur. Yəqin ki, ona görə çatdıra bilmirlər.

Cənab Prezidentdə çıxışlarında bir neçə dəfə bu məsələyə toxunub.

Ancaq deməliyəm ki, sənədsiz mənzillərdə yaşayan sakinlərdə maraqlı olmalıdır ki, mənzilləri sənədləşdirsinlər və vergiləri də vaxtında versinlər”- bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin iclasında komitənin sədri Arif Rəhimzadə deyib.

Komitə sədrinin sözlərinə görə, hansı formada olursa olsun, yəni mənzil vətəndaşın mülkiyyətində olsa da, olmasa da əmlak vergisinin verilməsi daha məqsədəuyğun hesab edilməlidir.

Daha sonra komitə sədri bildirib:

“Ancaq bu qeyri-normal bir vəziyyətdir. Vətəndaş mənzilində bir ildən artıq yaşayırsa, onu sənədləşdirməyə və vergisini verməyə özü maraqlı olmalıdır. Hər halda bu istiqmətdə düşünmək lazımdır.

Həm sakinlər, həm bələdiyyə orqanları, həmdəki dövlət qurumları maraqlı olmalıdırlar ki, bu qeyri-normal bir vəziyyət aradan götürülsün.”

Belediyye.info

ŞƏRHLƏR