"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Anar Tağıyev: “Bələdiyyələrə təhvil verilən qəbirstanlıqlarda kommumal xidmətlərlə bağlı hər hansı bir borc yoxdur”

--2020-09-14 / 18:03

Hazırda qəbirstanlıqların bələdiyyələrə təhvil-təslim prosesi davam etməkdədir. Qeyd edək ki, Bakı şəhərində mövcud qəbirstanlıqların bələdiyyələrin balansına verilməsi Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli 522 saylı Qərarına əsasən həyata keçirilir.

Məsələ ilə bağlı Belediyye.infoya Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilib ki, bu gün trest tərəfindən qəbirstanlıqların təhvil-təslim aktları tərtib edilərək müvafiq olaraq bələdiyyələrə verilməsi təmin edilir.

Hazırda təhvil-təslim prosesi icra vəziyyəti hansı səviyyədədir? Bu gün hansı bələdiyyələrə qəbirstanlıqlar təhvil verilib? Təhvil-təslim prosesinin nə vaxt başa çatdırılması nəzərdə tutulur? Prosesin ləngiməsi hansı səbəblə bağlıdır?

Məsələyə aydınlıq gətirən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Anar Tağıyev Belediyye.infonun sorğusuna cavab olaraq bildirib ki, qəbirstanlıqların bələdiyyələrə təhvil-təslim prosesi mərhələli şəkildə həyata keçirilir. 2019-cu ildə Binəqədi rayonu üzrə Binəqədi kənd, Biləcəri 1,2,3, Xırdalan-Sulutəpə, Yanardağ qəbirstanlıqları, Sabunçu rayonu üzrə Bilgəh, Pirşağı, Zabrat 1 (xristian sektoru) qəbirstanlıqları, Yasamal rayonu üzrə Dağüstü 1 qəbirstanlığı, Xəzər rayonu üzrə Mərdəkan, Şüvəlan, Qala, Xətai rayonu üzrə Əhmədli kənd qəbirstanlığı müvafiq bələdiyyələrə təhvil verilmişdir.

2020-ci lin birinci rübü ərzində isə Suraxanı rayonu üzrə Hövsan (Dədə Qorqud), Sabunçu rayonu üzrə Maştağa qəsəbəsindəkli qəbirstanlqlar bələdiyyələrə təhvil verilmişdir.

Proses indidə davam etdirilir. Sabunçu rayonu üzrə Zabrat 1 (müsəlman sektoru), Zabrat 2 və Bakıxanov, Suraxanı rayonu Qaraçuxur qəbirstanlıqlarının təhvil-təslim aktları hazırlanaraq bələdiyyələrə təqdim edilmişdir.

Bəzi bələdiyyələr təhvil-təslim prosesini bəzi qəbirstanlıqlarda yerin olmamasını bəhanə gətirərək bu prosesi ləngitməyə çalışırlar.

Təhvil-təslim prosesi zamanı təhvil verilən qəbirstanlıqlarda kommumal xidmətlərlə bağlı (işıq, qaz, su) heç bir borc yoxdur.

 Belediyye.info

 

 

ŞƏRHLƏR