"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü yeni formatda keçirdi

--2019-11-07 / 06:02

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq ölkə başçısının müvafiq sərəncamı ilə Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirmişdir.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşmışdı.

Ənənəvi formatdan kənar keçirilən görüşdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinə başçısı Anar Tağıyev bildirmişdir ki, ölkə başçısı tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilmişdir. Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırmışdır. Anar Tağıyev qeyd etmişdir ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində pespublikanın bütün guşələrində olduğu kimi Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcəyinə, ona göstərilən etimadı doğruldacağına söz vermişdir.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə və sakinlərin böyük fəallığı ilə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verildi. Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

 Yevlax RIH

 

ŞƏRHLƏR