"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Anar Hüseynli: “Əhali etimad göstərib məni bələdiyyə üzvlüyünə layiq görüblərsə indi kiməm ki, özümü "uca dağları yaratmış" kimi göstərim..”

--2019-04-24 / 16:17

“Hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir”. Buy sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.

Prezident hər bir məmurun qarşısına vətəndaşlara vicdanla xidmət etməyi başlıca vəzifə kimi qoyduğunu bildirib. Bəs bələdiyyə rəsmiləri necə vətəndaşlara göstərdikləri xidmət səviyyəsindən razıdırlarmı? Bələdiyyələrdə şəffaflığın təmin edilməsiylə bağlı sual eyni vaxtda 20 bələdiyyə sədrinə gondərilib. İlk olaraq bizə ünvanlanan cavabları oxucularımızın diqqətinə çatdırıq:

- Anar Hüseynli (Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri) -Cənab Prezidentimizin bu sözləri ilə tamamən razıyam. Niyə görə bunu bizə Prezident bildirməlidir. Elə sadə bir kəlmədən bilinmirmi ki, məmur xalqın qeydinə qalmalıdır. Bələdiyyə sistemi dövlət qulluğu sayılmasa belə mən qəlbən özümü xalqın qulluqçusu hesab edirəm, bunu tam səmimiyyətimlə deyirəm və bu sözdən fəxr duyuram. Əhali etimad göstərib məni bələdiyyə üzvlüyünə layiq görüblərsə indi kiməm ki,  özümü "uca dağları yaratmış" kimi göstərim..

Belediyye.info

ŞƏRHLƏR