"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Anar Hüseynli: “Bu gün sənədsiz evlərin vergidən yayınması bələdiyyə büdcəsinin artımına imkan verməyən amillərdən biridir”

--2021-11-25 / 14:19

“Seçicilərin tələb və xahişlərini nəzərə alsaq, bələdiyyəmizin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Ancaq maliyyə imkanları daxilində mövcud problemləri razı salmağa çalışırıq. Əsas vəzifəmiz bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir”- bu fikirləri Belediyye.infoya açıqlmasında Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli bildirib.

Sədrin sözlərinə görə, mütəmadi olaraq cari ildə şəhid ailələri, qazilər və veteranlara maddi və mənəvi köməklik göstərilib.

Büdcə gəlirlərinin əsasən əhalidən toplanan torpaq və əmlak vergisindan daxil olduğunu deyən sədr altı nəfər bələdiyyə qulluçusunun orta aylıq əmək haqqının 333 manat olduğunu bildirib.

“Bu gün sənədsiz evlərin vergidən yayınması bələdiyyə büdcəsinin artımına imkan verməyən amillərdən biridir” - deyən sədr daha sonra qeyd edib ki, bələdiyyənin sonuncu iclasında Zəfər günü ilə əlaqədar müəyyən tədbirlər görülməsi müzakirə edilib. Bir də iclasda Vətən müharibəsi veteranına və görmə qabiliyyətini itirmiş 2 sakinə maddi yardım göstərilməsi qərara alınıb.

Şəffaflığın təmin edilməsinə gəlincə sədr qeyd edib ki, bələdiyyə tərəfindən görülmüş işlər barədə - yarımillik və illik hesabatlar əhaliyə müntəzəm şəkildə məlumat verilir.

Belediyye.info

ŞƏRHLƏR